"Napoli" PSV ilə razılaşıb
"Napoli" PSV-nin niderlandlı futbolçusu Noa Lanqı transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, Lanq üçün İtaliya klubu qarşı tərəfə 28 milyon avro ödəməyə hazırdır.
PSV-nin rəhbərliyi bu təklifə müsbət cavab verib. Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, Noa Lanq ötən mövsüm meydana çıxdığı 44 matçda 14 qol 12 məhsuldar ötürmə müəllifi olub.
O, karyerası ərzində PSV ilə yanaşı, "Ayaks", "Tvente" və "Brügge" kimi klublarda çıxış edib.