"Napoli" ulduzunu satmayacaq - Yeni müqavilə yoldadır

"Napoli" Skout Maktomineyi satmaq niyyətində deyil.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Neapol klubu 29 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək.

Şotlandiya millisinin üzvünün klubla hazırkı sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, S.Maktominey cari mövsüm meydana çıxdığı 33 matçda 9 qol, 4 asistlə yadda qalıb.