Nazarovla bağlı qərar verildi

Almaniyanın "Erzgebirge" klubu millimizin üzvü Dmitri Nazarovla bağlı qərarını açıqlayıb.

Sportline.az  xəbər verir ki, Aue təmsilçisi 30 yaşlı yarımmüdafiəçini komandada saxlamaq qərarına gəlib. Bildirilib ki, koronavirus səbəbindən yaranan böhrana baxmayaraq,  Nazarov, Yan Xoşdayt, Paskal Testroet, Filipp Çulexnar, Klemes Fandriç və Filipp Rise komandada qalacaq.

Qeyd edək ki, Nazarovun "Erzgebirge" ilə müqaviləsi 2023-cü ilin yayında bitir.