Millimizin üzvü məşqlərə başladı

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun forma geyindiyi "Erzgebirge" məşqlərə başlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, koronavirusla bağlı məcburi fasilədən sonra, komanda hazırlığı bərpa edib. 

Məşqlər, hələlik kiçik qruplar şəklində keçirilir.