NBA-da 1/4 finalın növbəti oyunları olub

NBA-da 1/4 final mərhələsinin növbəti qarşılaşmaları keçirilib.

Sportline.az xəbər verir ki, seriyanın ikinci oyununda "Boston Seltiks" "Klivlend Kavaliers"lə qarşılaşıb. Matç qonaqların 118-94 hesablı qələbəsi ilə sona çatıb. Bu qələbə ilə "Klivlend" seriyadakı hesabı bərabərləşdirib. 1-1.Görüşün ən məhsuldar oyunçusu 29 xal, 7 ribaund, 8 asistlə Donovan Mitçel olub.

Günün digər oyununda Qərb Konfransının çempionu "Oklohoma Siti Tander" 'Dallas Mevriks"lə münasibətləri aydınlaşdırıb. Görüş "Dallas"ın  119-110 hesablı qələbəsi ilə yekunlaşıb və seriyadakı ümumi hesabı bərabərləşdirib. 1-1.Matçın ən yaxşı oyunçusu 33 xal, 12 ribaund, 8 asistlə Qildjes-Aleksander olub.

Qeyd edək ki, seriyada 4 qələbəyə çatan komandalar növbəti mərhələyə yüksələcək.