NBA-da günün nəticələri

NBA-da (Milli Basketbol Assosiasiyası) 1/4 final mərhələsinin qarşılaşmaları bugün keçirilən 2 oyunla davam edib.

Sportline.az xəbər verir ki, "Nyu York Niks" seriyanın ilk oyununda "İndiana Peysers"i 121-117 məğlub edərək ümumi hesabda irəli çıxıb.1-0.Matçın ən yaxşı oyunçusu 43 xal, 6 ribaund, 6 asistlə Jeylon Branson olub.

Günün digər oyununda "Denver Naqets" "Minnesota Timbervulz"u qəbul edib. Bu matç isə qonaqların xeyrinə yekunlaşıb.106-80. "Minesota" seriyada 1-0 hesabı ilə irəlidədir. Görüşün ən məhsuldar oyunçusu 27 xal, 2 ribaund, 7 asistlə Antoni Edvards olub.

Qeyd edək ki, NBA-də 1/4 final həyəcanı bu gecə keçiriləcək matçlarla davam edəcək.