NBA-də növbəti 1/4 finalçılar müəyyənləşib

NBA-də daha 2 komanda 1/4 finala vəsiqəni təmin edib.

Sportline.az xəbər verir ki, "Nyu York Niks" seriyanın 6-cı oyununda "Filadeldiya Seventi Siksers"i 118-116 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib (ümumi hesab 4-2).

Matçın ən məhsuldar oyuçusu qələbədə böyük rol oynayan Jeylon Branson olub (41 xal, 3 ribaund, 12 asist).

Digər 1/4 finalçının məlum olduğu oyunda "İndiana Peyzers" "Miluoki Baks"ı 120-98 hesabı ilə məğlub edərək seriyadakı ümumi hesabı 4-2-yə çatdırıb və məsələyə aydınlıq gətirib.

Bu matçın ən yaxşısı isə 28 xal, 2 ribaund, 4 asistlə Damian Lillard olub.

Qeyd edək ki, sabah keçiriləcək oyunlardan sonra 1/4 finalın bütün iştirakçıları məlum olacaq.