NBA ulduzu karyerasını başa vurub

"Memfis Qrizzliz"in basketbolçusu Derrik Rouz karyerasını bitirdiyini açıqlayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, ABŞ-dən olan oyunçu 35 yaşında basketbolla vidalaşıb.

Rouz NBA-də ən dəyərli oyunçusu (MVP) mükafatını qazanan ən gənc basketbolçudur. O, 2010-2011 mövsümündə 22 yaşında olarkən bu uğura imza atıb.

Qeyd edək ki, ulduz basketbolçu 2010 və 2014-cü ildə ABŞ millisi ilə Dünya çempionu olub.