NBA ulduzunun evi qarət edilib
Oğrular "Los Anceles Klippers"in basketbolçusu İvitsa Subaçın evini qarət ediblər.
Sportline.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, polis üç şübhəlini axtarır. Tam olaraq nəyin oğurlandığı isə hələlik məlum deyil.
Zubaç bu mövsüm NBA-da 68 oyununda iştirak edib və bu matçlarda orta hesabla 11,7 xal, 9,2 ribaund və 1,4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 27 yaşlı xorvatiyalı basketbolçu 2019-cu ildən "Klippers"də çıxış edir.