"Neftçi"də yarpaq tökümü başladı

"Qəbələ"yə 08 hesablı məğlubiyyətdən sonra ciddi islahatlar gözlənilən "Neftçi" futbol klubunda yarpaq tökümü başlanıb. SportLine.az xəbər verir ki, klubun Müşahidə Şurası 3 nəfəri vəzifəsindən uzaqlaşdırıb. "Neftçi” PFK aşağıdakı qərarları qəbul edib:

- Vəli Qasımov "A” komandanın baş məşqçisi vəzifəsindən azad edilsin;

- Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilsin;

- Mübariz Xudiyev klubun icraçı direktorunun idman məsələləri üzrə müavini vəzifəsindən azad edilsin;

- İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilsin.

Banner