"Neftçi"də yubiley
Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub. Azərbaycan çempionatında yalnız “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi 221-ci oyununda “100”ü yarılayıb.
Sportline.az PFL-ə istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının 16-cı turunun “Karvan-Yevlax”la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/18 mövsümündə imza atan Mahmudov yarışın tarixində 50 və daha çox top vuran 43-cü futbolçudur.
Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur. Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.
1. Müşfiq Hüseynov (“Qarabağ”) – 109
2. Samir Ələkbərov (“Neftçi”) – 99
3. Alay Bəhramov (“Viləş”) – 93
4. Nazim Əliyev (“Xəzər” S) – 93
5. Fazil Pərvərov (“Kəpəz”) – 80
6. Rövşən Əhmədov (“Kəpəz”) – 75
7. Qurban Qurbanov (“Neftçi”) – 66
8-9. Nadir Nəbiyev (“Turan”) – 63
İmamyar Süleymanov (“Kəpəz”) – 63
10. Mahir Emreli (“Qarabağ”) – 59
11. Yunis Hüseynov (“Neftçi”) – 58
12. Musa Qurbanov (“Turan”) – 56
13. Abdullah Zubir (“Qarabağ”) – 52
14-15. Riçard Almeyda (“Qarabağ”) – 51
Badri Kvaratsxeliya (“Şəmkir”) – 51
16. Emin Mahmudov (“Neftçi”) – 50