"Neftçi"nin baş məşqçisi Premyer Liqa tarixinin 10-cusudur

Misli Premyer Liqasının XV turu "Neftçi"nin yeni baş məşqçisinin ilk addımı ilə yadda qalıb. 

Sportline.az xəbər verir ki, Yuri Vernidub “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) çıxarıb.

Ukraynalı mütəxəssis Premyer Liqanın cari mövsümündə debüt edən 4-cü əcnəbidir. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) , Valdas Dambrauskas (“Sabah”) II turda debüt edib.

Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb.

Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir. O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.