"Neftçi"nin prezidentindən maraqlı addım

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun #EvdəQalSağlamQal çağırışına "Neftçi" klubunun prezidenti Kamran Quliyev də qoşulub.

Sportline.az xəbər verir ki, federasiya rəsmisindən estafeti qəbul edən K.Quliyev onu "Neftçi" ailəsinin üzvləri olan klub işçilərinə, komandaların futbolçularına, veteranlara və azarkeşlərə ötürüb.

Qeyd edək ki, E.Məmmədov dünən Premyer Liqa klublarının rəhbərliyini çağırışa qoşulmağa dəvət edib.