"Neftçi"nin "qara siyahısı"

Yeni mövsümə hazırlığı yekunlaşdırmaq üzrə olan "Neftçi" heyətə əl gəzdirməkdədir.

Sporline.az-a daxil olan məlumata görə, paytaxt təmsilçisi daha 3 futbolçu ilə yolları ayırmağı planlaşdırır.

Söhbət Ramil Şeydayev, Andrey Ştoqrin və Ryonosuke Ohoridən gedir.

Bu futbolçuların baş məşqçi Samir Abasovun güvən siyahısında olmadığı bildirlir.

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının yeni mövsümündə ilk matçı avqustun 15-də "Şamaxı"ya qarşı keçirəcək.