Neymar da koronavirusla mübarizəyə qoşuldu

Dünyanın ən çox maaş alan futbolçularından biri olan Neymar koronavirusla mübarizəyə ianə ayırıb.

Sportline.az xəbər verir ki, PSJ-nin hücumçusu 1 milyon avroya yaxın yardım edib.

Braziliyalı futbolçu pulun bir qismini UNICEF-ə, digər hissəsini ölkəsindəki yardım fonduna bağışlayıb.