Neymar ən yaxşı seçildi

Fransa çempionatında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu ada PSJ-nin hücumçusu Neymar layiq görülüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neymar PSJ ilə yanvarda Liqa 1-də 3 oyunda iştirak edib və 4 qol vurub.