Neymar türk filminə görə uşaq kimi ağladı

Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar "7. Koğuştaki Mucize" türk filmini izləyib və uşaq kimi ağlayıb.

Sportline.az xəbər verir ki, 28  yaşlı hücumçu "İnstaqram" hesabından  şəklini paylaşdığı filmlə bağlı yazıb: "Uşağı olanlar hazırda nə düşündüyümü anlaya bilər. Necə film idi! Uşaqlar kimi ağladım".

Qeyd edək ki, "7. Koğuştaki Mucize" filmi 5 milyon 300 min insan tərəfindən izlənilib və Türkiyədə 2019-ci ilin ən çox baxılan filmi olub.