Niderland klubunda yeni məşqçi

Niderlandın PSV klubunun yeni baş məşqçisi məlum olub.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Erediviziya təmsilçisi Roger Şmidtə tapşırılıb. 52 yaşlı mütəxəssis yeni mövsümdən PSV-ni çalışdıracaq. Şmidtlə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Son olaraq Çinin “Beytsin Qoan” komandasını çalışdıran almaniyalı mütəxəssis, daha əvvəl ölkəsində “Proyssen”, “Paderborn”, “Bayer”, Avstriyada isə “Zalsburq”un  baş məşqçisi olub.

Qeyd edək ki, PSV-ni hazırda Ernest Feber çalışdırır. Komanda Erediviziyada 4-cü sıradadır