Niderland millisinin üzvü "Çelsi"yə transfer olmağa yaxındır

"Çelsi" "Leipziq"in niderlandlı futbolçusu Xavi Simonsu heyətinə qatmağa yaxındır.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, London klubu oyunçunun meneceri ilə razılıq əldə edib.

"Zadəganlar" bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Bavariya" klubu X.Simonsun transferindən imtina edib.