"Nottingem Forest"dən yeni transfer

"Nottingem Forest" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "İpsviç"in ingiltərəli futbolçusu Omari Hatçinson yeni mövsümdən etibarən "Nottingem Forest"in formasını geyinəcək.

"Nottingem" 21 yaşlı futbolçu üçün 37 milyon avro ödəyəcək. Futbolçu yaxın günlərdə tibbi muayinədən keçəcək.

Qeyd edək ki, transferin gələn həftə rəsmləşəcəyi gözlənilir.