"Nottingem Forest"in yeni hədəfi

"Milan"ın amerikalı futbolçusu Yunus Musah karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "Nottingem Forest" Y.Musahı heyətinə qatmaqda israrlıdır.

İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 22 yaşlı futbolçunun "Milan"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.