"Nottingem Forest" "Mançester Siti" ilə əl sıxdı
"Mançester Siti"nin ingiltərəli futbolçusu Ceyms Makate yeni mövsümdən etibarən "Nottingem Forest"in uğurları üçün çalışacaq.
Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu transferə razılıq verib.
"Nottingem" Makate üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək.
Qeyd edək ki, sözü gedən futbolçu ötən mövsüm meydana çıxdığı 27 matçda 7 qolla yadda qalıb.