"Nottingem"i "Nyukasl"a dəyişdi
"Nottingem Forest"in isveçli futbolçusu Antoni Elanqa karyerasını "Nyukasy Yunayted"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
Elanqa yeni klubu ilə 5 illik müqaviləyə qol çəkib. 23 yaşlı futbolçu üçün "Nyukasl" qarşı tərəfə 55 milyon avro ödəyəcək.
Qeyd edək ki, transfer 48 saat içində rəsmi olaraq açıqlanacaq.