"Nyu York Niks" seriyanın 6-cı oyununda məğlub oldu

NBA-da 1/4 final mərhələsində "Nyu York Niks" seriyanın 6-cı oyununda "İndiana"ya qonaq olub.

Sportine.az xəbər verir ki, görüş "İndiana Peysers"in inamlı qələbəsi ilə sonlanıb.116-103.

Beləliklə, seriyada ümumi hesab bərabərləşib.3-3.

Matçın ən məhsuldar oyunçusu 31 xal, 1 ribaund, 5 asistlə Ceylon Branson olub.

Qeyd edək ki, seriyanın sonuncu həlledici oyunu sabah Nyu Yorkda olacaq.