"Nyukasl" "Brentford"a təklif göndərib
"Nyukasl Yunayted" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, "Brentford"un konqolu futbolçusu Yoane Vissa "Nyukasl"ın transfer hədəfinə çevrilib.
28 yaşlı futbolçunun klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, "Nyukasl Yunayted" bu keçid üçün qarşı tərəfə 35 milyon avro təklif edib.
Lakin "Brentford"un rəhbərliyi bu təklifi rədd edib. Klub oyunçu satmaq niyyətdə deyil.