"Nyukasl Yunayted"in gözü "Brentford"un futbolçusunun üzərindədir

"Nyukasl Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Brentford"un konqolu forvardı Yoane Vissa "Nyukasl"ın 1 nömrəli transfer hədəfinə çevrilib.

28 yaşlı futbolçunun dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, Vissa "Brentford"dan ayrılmaq fikrində qətidir.