"Nyukasl"dan fantastik addım

Səudiyyə Ərəbəsitanı şahzadəsi Səlmanın səhmlərini alacağı gözlənilən "Nyukasl"la bəzi futbolçuların adı hallanmağa başlayıb.

Sportline.az xəbər verir ki, ağ-qaralar"ın Qaret Beyl, Arturo Vidal və Edinson Kavani ilə maraqlandığı bildirilir.

"Barselona" ilə 1 illik müqaviləsi qalan Vidalla "İnter" də maraqlanır. Katalonlar 32 yaşlı yarımmüdafiəçi üçün 20 milyon avro tələb edir.

Madrid "Real"ından ayrılacağı ehtimal olunan Qaret Beylin İngiltərə Premyer Liqasına qayıdacağı bildirilir. "Sağsağanlar" 30 yaşlı vinger üçün ciddi təklif hazırlayıb.

"Nyukasl" PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 33 yaşlı uruqvaylı Edinson Kavanini transfer etməyə çalışacaq.

Premyer Liqa klubunun baş məşqçi postuna 2 namizəd var: Massimiliano Alleqri və Maurisio Poçettino. Onlardan birinin Stiv Brüsü əvəz edəcəyi gözlənilir.