Ölkə çempionatı mayın 8-də başlanacaq

Cənubi Koreya çempionatında yeni mövsümün başlayacağı tarix məlum olub.

Sportline.az "Reuters"ə istinadən xəbər verir ki, çempionat mayın 8-də start götürəcək. Qarşılaşmaların ikinci qərara qədər azarkeşsiz keçirilməsi nəzərdə tutulur. Bu barədə Koreya Futbol Şurası qərar verib.

Qeyd edək ki, çempionatın startı koronavirus pandemiyası səbəbiylə təxirə salınmışdı. Oyunlara fevralın 29-da start verilməli idi.

Cənubi Koreyada 10 mindən çox insan koronavirusa yoluxub, onlardan 240-ı ölüb.