Ömər Faruk Cedi Osman haqqında danışıb
“Panatinaikos” – “Qalatasaray” matçından sonra Ömər Faruk Yurtsevən komanda yoldaşı Cedi Osman haqqında fikirlərini bildirib.
Sportline.az “Eurohoops” nəşrinə istinadən xəbər verir ki, Ömər Faruk komanda yoldaşı Cedi Osmanın bu mövsüm üçün faydalı oyunçu olacağını söyləyib.
“Əvvəlcə bizə burada oynamaq çətin görünsə də, sonra komandaya adaptasiya olmağı bacardıq. Hər şey yaxşı olacaq. İndi oyun tempimizi tapmağa çalışırıq. Cedinin varlığı da bizə uyğunlaşmaqda kömək edir. Onun perspektivi yüksək səviyyədədir. Oyunu görmə qabilliyəti və hücum qurma keyfiyyətlərinə bu mövsüm ehtiyacımız olacaq” deyə Ömer Faruk bildirib.
Qeyd edək ki, “Panatinaikos” və“Qalatasaray” arasında keçrilən yoldaşlıq matçı 85-56 hesabı ilə Yunanıstan təmsilçisinin xeyrinə yekunlaşıb.