Onana evinə qayıdır

“Mançester Yunayted”in qapıçısı Andre Onananın yenidən İtaliyaya transfer olunma ehtimalı var.

Sportline.az xəbər verir ki, “İnter” sabiq oyunçusunu komandaya geri qaytarmaq niyyətindədir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Milan klubu kamerunlu qapıçı üçün “Qırmızı şeytanlar”a rəsmi təklif göndərməyə hazırlaşır.