Özil də Avropa Superliqasına etiraz etdi
“Fənərbağça”nın futbolçusu Məsut Özil Avropa Superliqasının yaradılmasına münasibət bildirib.
Sportline.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi öz Tvitter hesabında paylaşım edib. O, yazıb:
“Uşaqlar dünya kubokunu və Çempionlar Liqasını qazanmağı xəyal edərək böyüyürlər, Avropa Superliqasını yox. Böyük oyunların ləzzəti ondadır ki, hər həftə deyil, ildə 1-2 dəfə olur. Bunun bütün futbol azarkeşləri tərəfindən başa düşülməsi həqiqətən çətindir...”
Qeyd edək ki, 12 nəhəng klub - "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" rəsmi şəkildə Avropa Superliqasında iştirak edəcəklərini bəyan ediblər.