Paris-2024: Azərbaycan badmintonçusu məğlub olub

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, idmançı qrup mərhələsindəki ilk oyununda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib - 0:2 (8:21, 7:21)

Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da Kirsti Qilmora (Böyük Britaniya) qarşı keçirəcək.

Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda vəsiqə qazanacaq. Paris-2024 avqustun 11-də başa çatacaq.