Paris 2024:Serbiya millisi bürünc medalın sahibi oldu
Paris Olimpiadasında kişilərin basketbol yarışında bürünc medal uğrunda görüşdə Serbiya və Almaniya milliləri üz üzə gəliblər.
Sportline.az xəbər verir ki, görüş Serbiya seçməsinin 93-83 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ən məhsudlar basketbolçusu 19 xal, 12 ribaund, 11 asistlə Nikola Yokiç olub.
Qeyd edək ki, final görüşündə ev sahibi Fransa ilə ABŞ millisi bu gün saat 23:30-da qarşılaşacaq