“Parma”dan “Liverpul”a transfer olub

İngiltərə Premyer Liqası təmsilçisi “Liverpul” İtaliyanın “Parma” klubunda çıxış edən cavan mərkəz müdafiəçisi Covanni Leoni ilə müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, “Liverpul”dan verilən rəsmi açıqlamaya görə, 18 yaşlı futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra uzunmüddətli müqaviləyə imza ataraq komandanın heyətinə qoşulub.