Paşaliç Xorvatiyanın imkanlarını qiymətləndirdi
Xorvatiya millisi qrup mərhələsinin ikinci turunda Albaniya üzərində qələbəni son anda əldən buraxmaqla işini çətinləşdirib.
Sportline.az xəbər verir ki, komandanın aparıcı üzvü Marko Paşaliç millinin imkanları ilə bağlı fikirlərini açıqlayıb.
"Təəssüf ki, ilk hissə planlaşdırdığımız kimi alınmadı. Fasilədən sonra daha inamlı oyunla iki qol vurduq. Albaiya güclü rəqib olduğunu sübut etdi. Bununla belə imkanlarımızı qoruyuruq. Son oyunda tapşırığın öhdəsindən gəlməyə çalışacağıq", - deyə Paşaliç UEFA-nın saytına fikirlərini bölüşüb.
Qeyd edək ki, ilk oyunda İspaniyaya 0-3 hesabı ilə uduzan Xorvatiya millisi bugünkü görüşdə Albaniya ilə 2-2 hesablı heç-heçə ilə kifayətlənib.
İyunun 24-də xorvatlar İtaliya ilə üz-üzə gələcəklər.