Paşayev kənardan izlədi

Ukrayna Premyer Liqasında 20-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Lviv"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

P.Paşayev sözügedən matçda iştirak etməyib. Onun adı iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, "Aleksandriya" hazırda 34 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.