Paşayevdən məhsuldar ötürmə

Ukrayna Premyer Liqasında 23-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” bu turda doğma meydanda “Kolos”la qarşılaşıb. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə yer alıb və 90 dəqiqə oynayıb. 32 yaşlı müdafiəçi komandasının ilk qolunun ötürməsini verib.
 
“Aleksandriya” 23 turdan sonra 40 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.