"Qarabağ" qalmaqallı derbini qazandı
Bu gün Topaz Premyer Liqasında 13-cü tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, tur bir oyunla başa çatacaq. Yarış cədvəlinin zirvəsində qərarlaşan iki komanda - "Qarabağ" və "Qəbələ" paytaxtda münasibətləri aydınlaşdıracaq.
Qurban Qurbanovun komandası qələbə qazanmaqla, həm ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq, həm də liderliyə yüksəlmək niyyətindədir. "Radarlar"ı isə zirvədə qalmaq üçün 1 xal da qane edir.
29 noyabr 2016
TPL, 13-cü tur
"Qarabağ" - "Qəbələ" - 2:1
QOLLAR: Ozobiç, 64 (0:1); Almeyda, 86/p. (1:1); Dino Ndlovu, 90+8 (2:1)
QIRMIZI VƏRƏQƏ: Almeyda, 90+4 ("Qarabağ")
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 11. Mahir Mədətov, 99. Dani Kintana
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 94. Urfan Abbasov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 44. Rafael Santos, 70. Fərid Nəbiyev, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk
I dövrədəki oyun: 0:2
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov