Pepe karyerasını bu tarixdə bitirəcək

Milan qapıçısı, icarə əsasında "Aston Villa"da çıxış edən Pepe Reyna karyerasını başa vuracağı vaxtı açıqlayıb.

Sportline.az xəbər verir ki, ispan qolkiper daha bir mövsüm oynayıb, 2021-ci ildə karyerasını bitirəcəyini deyib.

"Barselona"nın yetirməsi olan 37 yaşlı qapıçı "Vilyarreal", "Liverpul", "Napoli", "Bayern" kimi klublarda çıxış edib. Reyna İspaniya millisi ilə dünya və Avropa çempionu olub.