PFL rəsmisi: "Premyer Liqa və Divizion oyunları təxirə salınmayacaq"

Azərbaycan Premyer Liqasının oyunları təxirə salınmayacaq.

Sportıine.az xəbər verir ki, bu barədə Qol.az-a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

O bildirib ki, Nazirlər Kabineti koronavirus səbəbindən bütün kütləvi tədbirlərin ləğv olunmasıyla bağlı qərar qəbul etməyib:

"Təkcə təhsil ocaqları istisnadır. AFFA bu üzdən məktəblilərin çıxış etdiyi çempionatların oyunlarını təxirə salıb. Premyer Liqa görüşləri öncədən nəzərdə tutulduğu qaydada keçiriləcək. Birinci Divizionun matçları da həmçinin".

A.Şahgəldiyevin sözlərin görə, yalnız hansısa klub bizə müraciət edəcəyi və səbəb göstərəcəyi halda müraciətə baxıla bilər".