Premyer Liqa ABŞ-da?

İngiltərə Premyer Liqasının təxirə salınmış matçları azarkeşsiz və neytral meydanda keçirilə bilər.

Sportline.az xəbər verir ki, yarış rəhbərliyi qarşıdakı 92 matçın ABŞ-ın Midlend şəhərində oynanılması üçün müzakirə aparır. Bu, Premyer Liqada mövsümün başa çatmaması riski ilə əlaqədardır.

İngiltərədə futbol liqaları koronavirusa görə aprelin 4-dək təxirə salınıb.