Premyer Liqa bu addıma hazırlaşır

İngiltərə Premyer Liqasının davam etdirilməsinin yolları axtarılır.

Sportline.az  xəbər verir ki, gələn həftənin cümə günü təşkilatçılar çempionatın taleyi ilə bağlı növbəti dəfə toplanacaqlar.

Məlumata görə, əsas təklif mövsümün mayın sonu və ya iyunun əvvəlində başlamasıdır. Çox güman ki, bütün oyunlar tamaşaçısız keçiriləcək.

Bildirilir ki, 2020/21 mövsümünün ilk turları da qapalı tribunalarda oynanıla bilər. Bu vəziyyətdə azarkeşlər 2021-ci ilə qədər Premyer Liqa görüşlərini stadiondan izləyə bilməyəcəklər.

Qeyd edək ki, çempionat martın 13-də koronavirus pandemiyasına görə dayandırılmışdı. Aprelin 3-də isə fasilə müddətsiz olaraq uzadılıb.