Premyer Liqa klubları məşqləri bərpa edirlər

İngiltərə Premyer Liqası klubları, məşqləri mayın 9-dan etibarən bərpa etməyə hazırlaşırlar.

Sportline.az “Mirror”a istinadən xəbər verir ki, “Kristal Pelas”, “Bornmut”, “Bernli”, “Şeffild Yunayted” və “Vest Hem” komandalarının mayın 9-dan bu addımı atacağı gözlənilir.

Xatırladaq ki, bir neçə gün öncə “Liverpul”un futbolçusu Pedro Çirivelya da yerli mətbuata verdiyi açıqlamada komandasının mayın ortalarından etibarən məşqləri bərpa etməyə hazırlaşdığını bəyan etmişdi.

İngiltərə Premyer Liqasında mövsümün qalan hissəsinin iyun ayından etibarən bərpa olunacağı bildirilir.