Premyer Liqa nə vaxt başlanacaq?

İngiltərə Premyer Liqasında çıxış edən klubların iştirakı ilə keçirilən videokonfransda mövsümün qalan hissəsi ilə bağlı fərqli təqvim modelləri təklif olunub.
Sportline.az xəbər verir ki, ümumi təhlilə əsasən, mövsüm iyunun 8-dən tez bərpa olunmayacaq.
 
Dörd klub 10, digərləri isə 9 görüş keçirməlidilər. Oyunların 5 həftə ərzində təşkil olunacağı bildirilir.
 
Qeyd edək ki, Böyük Britaniyada karantin müddəti mayın 7-nə kimi uzadılıb.