Premyer Liqa üçün növbəti təxir
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Rusiya Premyer Liqasında fasilə müddəti uzadılıb.
Sportline.az "Championat" nəşrinə istinadən xəbər verir ki, aprelin 30-da bərpası nəzərdə tutulan yerli çempionat qeyri-müəyyən müddətədək təxirə salınıb.
Bildirilib ki, yaxın vaxtlarda yerli hökumət və Rusiya Futbol İttifaqı Premyer Liqanın bərpa olub-olmayacağı ilə bağlı qərar verməlidir.
Qeyd edək ki, Rusiya Premyer Liqası martın 17-də dayandırılıb.