Premyer Liqa VAR-dan yararlanacaq

Rusiya Premyer Liqasında da VAR-dan istifadə olunacaq.

Sportline.az xəbər verir ki, mövsümün qalan hissəsində videotəkrar sistemi işə salınacaq.

Bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

VAR sistemi Premyer Liqada 20-ci turdan 30-cu tura qədər bütün oyunlarda istifadə olunacaq.