Premyer Liqamızda turun ən yaxşısı

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün XVIII turunun ən yaxşı futbolçusu məlum olub. 
 
Sportline.az xəbər verir ki, "InStat”ın təhlilinə əsasən, 321 göstərici ilə "Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir ən yaxşı seçilib.
 
Fransalı futbolçu "Sumqayıt”a qarşı görüşdə (1:0) 90 dəqiqə meydanda olub və məhsuldar ötürmə ilə yadda qalıb.