Premyer Liqanın oyunları da təxirə salındı

İngiltərə Premyer Liqasının oyunları aprelin 4-dək təxirə salınıb.

Sportline.az xəbər verir ki, yarış rəhbərliyi koronavirus pandemiyasına görə belə qərar verib.

Daha öncə Almaniya, İspaniya, İtaliya, Niderland, Portuqaliya, Belçika, Fransa, Avstriya, Danimarka çempionatlarının müvəqqəti dayandırıldığı açıqlanmışdı.