Prezident İtaliya çempionatının bərpa tarixi barədə

İtaliya A Seriyası mayda bərpa oluna bilər.

Sportline.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina "Sky" telekanalına açıqlamasında bildirib:

"Futbolçuların sağlamlığına təhlükə olmadığı vaxt yenidən başlaya bilər. May ayında futbolçuları koronavirus testindən keçirərək çempionatı bərpa edə bilərik. Mümkün olan ən qısa zamanda başlayacağımıza ümid edirik. Yarışın nə vaxt başa çatacağı ilə bağlı tariximiz  yoxdur, amma mövsümü yekunlaşdırmalıyıq. Bunu edə bilməsək, mənfi nəticələr ola bilər".