“Prezident Kuboku-2023” beynəlxalq reqatası: Avarçəkənlər bu gün Mingəçevirdə yarışacaqlar

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında bu gün ikinci günə start veriləcək.

Sportline.az xəbər verir ki, yarışın bu mərhələsi Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

İkinci gündə oğlanlar və qızlar arasında kayak və kanoe qayığı ilə 500, 1500 və 2000 metr məsafəyə yarışlar olacaq.

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqataya Suqovuşanda start verilib. Yarışda 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayır. Reqatanın mükafatlandırma və bağlanış mərasimi Bakıda keçiriləcək.